Türkiyənin Marmaris vilayətinin turistik Turqut bölgəsində insanların bir məqbərə olduğu düşünülən və “Çağ Baba” adlandırılan bina araşdırmalar nəticəsində eradan əvvəl 3-cü əsrə aid döyüşçü Diagoras və həyat yoldaşı Aristomaxa üçün tikilən piramida məzar olduğu məlum olub. Türkiyədəki tək piramida məzar olaraq bilinən tarixi məzarın definəcilər tərəfindən talan edildiyi də təyin olunub.
“İki sahil” xəbər verir ki, tarixi abidə şəhər mərkəzindən 30 kilometr məsafədə bir təpədə yerləşir. Əraziyə hakim bir nöqtədə qayaların üzərində yerləşən və yüksəklikdən böyük bir ərazini görən məzara 10 dəqiqəlik bir dırmaşma ilə çatmaq olar.
Təxminən 6 metr hündürlüyü və içərisində 3 kvadrat metr olan və günbəz şəklində tavan olan məzar dünyanın yeddi möcüzəsindən biri olan Musoluma bənzərliyi ilə diqqəti cəlb edir. Fərqli memarlıq üslubu ilə bölgəyə gələn yerli və xarici turistlərin diqqətini çəkən bina turizm siyahısına salınmasını gözləyir.