Türkiyəndə İstanbul Büyükçekmece D-100 yolunda gəzən 3 at Fikrettin Mərmər tərəfindən avtomobillə vurulub.
“İki sahil” xəbər verir ki, qəzada iki at yol kənarına çırpıldığı halda bir at maşının ön şüşəsindən içəri girib. 3 at tələf olarkən sürücü Mərmər yüngül xəsarət alıb. Hadisə yerinə gələn föqəladə halların əməkdaşları kranın köməyi ilə atı nəqliyyat vasitəsinin ön şüşəsindən çıxarıblar.