Diyarbəkirdə jandarma tərəfindən təşkil edilən əməliyyatda, bir əlində qılınc, digər əlində məşəl olan bir döyüşçü fiqurlu bir tunc heykəli ələ keçirilib, 10 adam nəzarətə alınıb.
“İki sahil” xəbər verir ki, Jandarma Komandirliyinin əməkdaşları Silvan mahalının Erikyazı Məhəlləsinin başçısı Roma dövrünə aid heykəli satmaq üçün bir alıcının axtardığı xəbəri üzərinə hərəkətə keçib. Müəyyən olunmuş ünvana əməliyyat təşkil edən qrup tarixi abidənin satışı əsnasında muxtar başda olmaqla 10 nəfəri nəzarətə alıb.
Aparılan axtarışda bir əlində qılınc, digər əlində isə məşəl olan Roma dövrünə aid olduğu müəyyənləşdirilən 51 sm hündürlüyü olan bir tunc əsgər heykəli ələ keçirilib.
Heykəl Diyarbakır Muzey Müdirliyinə təhvil verilsə də, şübhəlilərin jandarmada dindirilmələrinin davam edirildiyi bildirilib.