01 fevral 2020 10:59
3389

Meditasiya və yoqa beyinə necə təsir edir?

Minlərlə insanın üzərində aparılan elmi araşdırmalar mütəmadi olaraq yoqa və meditasiya ilə məşğul olan insanların beynindəki stress və mənfi duyğularda müsbət dəyişikliklərin olduğunu ortaya qoydu.

Hollandiyanın Rotterdam şəhərində 1990-cı ildən bəri aparılan bir araşdırmadan toplanan məlumatlarda 45 və daha yuxarı yaşdan ibarət 15.000 insanla bağlı təcrübə araşdırıldı. Bu qrupda 3.742 nəfər ayrı bir araşdırmada müayinə edildi, meditasiya və yoqa təcrübələri haqqında soruşuldu, sonda isə beyin MRT nəticələrinə baxıldı . Bu şəkildə zamanla beyinlərində dəyişiklikləri müşahidə etmək mümkün oldu. Tədqiqatçılar yoqa və meditasiya təcrübələrinin stress və mübarizə mexanizmlərinə çox müsbət təsir etdiyinə dair nəticəyə gəldilər. İştirakçıların demək olar ki, hamısı stress yaşadıqlarını və 90,7% -i yoqa və meditasiyanın stresin öhdəsindən gəlməyi asanlaşdırdığını bildirdilər. Heç zaman məşğul olmayan insanlara nisbətən yoqa və meditasiya təcrübəsi olan iştirakçıların beynində MRT nəticələrində ciddi fərqlər müşahidə edildi.

Yoqa və meditasiya ilə məşğul olanlar daha kiçik sağ amiqdala (sağ yarımkürəcik) və daha böyük həcmli sol yarımkürəciyə sahib idilər. Sağ amiqdala beyindəki xoşagəlməz siqnallara qarşı duyulan narahatlıq və qorxuyu və qəfil qərar qəbuletmə mexanizmlərini idarə edən hissə, sol amiqdala isə müsbət emosiyalar və yaddaşla əlaqəli hissələri idarə edir. Tədqiqat nəticələri göstərir ki, sağ amiqdalanın kiçilməsi və sol hissənin böyük qalması stresli vəziyyətlərə daha müsbət yanaşmağı asanlaşdırır.Əvvəllər aparılan fərqli elmi araşdırmalar da meditasiyanın sağ amiqdalanın fəaliyyətini(stress hallarını) azaltdığını sübut etmişdi.

Ümumilikdə meditasiyanı sadəcə oturub nəfəsimizi dinləmək kimi təsvir edə bilərik.Bu nəfəsalma məşğələsi,olduğumuz yerdən özümüzü izləmə və  mövcud anın fərqinə varmağı ehtiva edir. Yoqa isə, əksinə,meditasiyaya bəzi fiziki hərəkətlərin əlavə edilmiş halı olaraq sayıla bilər. Yenə nəfəs alma ilə bədənin müəyyən hissələrini işlətmək üçün bəzi hərəkətlərin edilməsi ilə ümumiləşdirə biləcəyimiz bu məşğuliyyət bədənimizə və sinir sistemimizə birbaşa təsir edir.

Samirə İsmayılova, “İki sahil”