01 fevral 2020 12:54
1443

Türkiyədə 463 mavi bayraqlı çimərlik var - FOTO

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, 2019-cu il üçün beynəlxalq mavi bayraq çimərliklərinin sayı açıqlanıb.

“İki sahil” xəbər verir ki, Türkiyədə 463 ədəd mavi bayraqlı çimərlik olduğu məlum olub. Siyahıya İspaniya 566 mavi bayraqlı çimərliyi ilə başçılıq edir.

Beləliklə Türkiyənin 463 ədəd mavi bayraqlı çimərliyi ilə siyahının üçüncü sırasına yerləşdiyi məlum olub.

İkinci ölkə isə 515 mavi bayraqlı çimərlikləri ilə Yunanıstan, Fransa isə  395 ilə dördüncü, İtaliya isə 385 ilə beşinci olub.

Məlumat üçün bildirək ki, ən çox mavi bayraqlı çimərliyi olan şəhər 202 mavi bayraqlı çimərlikləri ilə Antaliya birinci yerdədir.