01 fevral 2020 13:12
1510

“Dəmir atlı adam” 85 min kilometr yol qət edib - FOTO

8 ildir velosipedlə dünyanı gəzən türk “Ginnesin rekordlar” kitabına düşməyi hədəfləyib.

“İki sahil” xəbər verir ki, “Dəmir atlı adam” olaraq bilinən Gürkan Gənç 2012-ci ildə dünya turunda 85 min kilometr yol qət edərək Kolumbiyaya çatıb.

8 il əvvəl arxasında kiçik bir türk bayrağı olan velosipedi ilə dünya turunda 49 ölkədən keçən 41 yaşındakı Gürkan Genç adını “Ginnesin rekordlar kitabı”na “səhra bölgələrinin və hər bir qitənin ən yüksək yollarından keçən bir velosipedçi” olaraq yazmağı hədəfləyir.

Türkiyədən 2012-ci ildə ayrıldıqdan sonra Avropa, Afrika, Asiya və Amerika qitələrini velosipedlə keçən Gənc çətin səfərini, yaşadıqlarını və hədəflərini turunun 50-ci ölkəsi olan Kolumbiyanın paytaxtı Bogotada danışıb.

Dünya turu qərarından əvvəl 2010-cu ildə Ankarada işlədiyi restoranı təhvil verdiyini və velosipedlə Yaponiyaya getdiyini söyləyən Gənç bu ölkəyə qədər Gürcüstan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan, Əfqanıstan, Qırğızıstan, Çin, Monqolustan, Cənubi Koreyanı arxada qoyaraq12 min 500 kilometr getdiyini söyləyib.

Monqolustanda “Dəmir atlı adam” ləqəbi aldığını xatırladan Gənç səyahət zamanı yazdığı təəssüratlarının çox diqqət çəkdiyini, buna görə də dünya turuna çıxdığını qərar veridiyini söyləyib.

Sərgüzəştləri, qəzaları, xoşbəxt anları ilə davam edən dünya turu üçün Türkiyədən 8 il əvvəl ayrılan Gənc indiki dayanacağı, səfər etdiyi 50-ci ölkə Kolumbiyada bir müddət qaldıqdan sonra Alyaskaya çatmaq üzrə yola çıxacağını dilə gətirib.