01 fevral 2020 19:13
7301

Qiymətli daşlar haqqında bunları bilirdinizmi?

Qədim zamanlardan fərqli daşlar insanları cəlb etmiş, bu daşlara maraqlı xüsusiyyətlər uydurulmuş, onların müalicəvi əhəmiyyətinə inanmışlar. Məsələn, sapfirin ilanı öldürməsinə, heliotropun insanı gözəgörünməz etməsinə, ametisti dilin altına qoyanda sərxoşluqdan qoruduğuna inanmışlar. Bu gün fərqli daşlar haqqında maraqlı məlumatları təqdim edirik.

Qədim ölkə və xalqlarda qiymətli daşların rənglərinə üstünlük verilirdi. Məsələn, Hindistanda qırmızı rəngli qiymətli daşlara üstünlük verilirdisə, qədim Misirdə yaşıl və mavi rəngli daşlara daha çox bəyənilirdi.

Yaşıl rəng təbiətin öz rəngi, ölümsüzlüyün rəmzidir. Bu rəng orqanizmin qoruyucu funksiyalarını artırır, ruhi əhvala sakitləşdirici təsir göstərir, ürəkdə aritmiyani aradan qaldırır, arterial təzyiqi stabilləşdirir, görmə qabilliyətinə müsbət təsir göstərir. Ümumilikdə yaşıl rəngin təsiri orqanizmdə sülh duyğusu və tarazlıq (müvazinət), təravət duyğusu, sərinlik, təhlükəsizlik yaradır. Yaşıl daşlar: yeşim, zümrüd, malaxit, nefrit, zəfər daşı.

Əsl zümrüd brilyantdan bahadır.

Yaqut və sapfir eyni şeydir. Onlar arasında yeganə fərq rəngindədir.

Beynəlxalq Zərgərlər assosiasiyası xüsusi araşdırmalardan sonra ilkin siyahını tərtib etmişdir . Müxtəlif aylarda anadan olan insanlar üçün talisman-daşların siyahısı isə aşağıdakılar kimi təsdiqlənib:

Yanvar - qranat; fevral - ametist; mart - akvamarin; aprel - almaz; may - zümrüd; iyun - mirvari; iyul - yaqut; avqust - xrizolit; sentyabr - sapfir; oktyabr - opal; noyabr - topaz; dekabr - firuzə.

Əldə edilən almazların 90 % sənaye məqsədləri üçün istifadə olunur və yalnız 10 % zərgər əlinə düşür.

Aleksandrit İmperator II Aleksandrın şərəfinə belə adlandırılıb.

Bu günümüzdə 4 mindən çox mineral məlumdur. Demək olar ki, hər il onlarla yeni mineral növü yaranır və bir neçə növü “yox olur”.

Bütün qiymətli daşlar əl ilə emal olunur.

Orta göstəriciyə əsasən, Kolumbiyada bir karat zümrüdün əldə olunması üçün 20 ton torpağın təkrar emal olunması lazımdır.

Almaz qiymətli daşlar arasında yeganə daşdır ki, yalnız bir kimyəvi element olan karbondan ibarətdir.

Mineralların sayı daim azaldığı üçün qiymətli daşların qiyməti də hər zaman artacaq.

Xüsusi bir mineral növü var ki, onu yalnız qarışqa yuvalarının yaxınlığında tapmaq olar. Bu mineralın kristalları yalnız qarışqa yuvalarının yanından tapılır. Qarışqalar yuvanı düzəldən zaman bu kristalları yuxarı atırlar. Bu qarışqalar ABŞ-da “Dörd künc” adlandırılan yerdə yaşayırlar.

 Qırmızı rəngin təsiri qan dövranını və ürək fəaliyyətini yaxşılaşdırır, “qanı qovur”, dərinin bəzi xəstəliklərini müalicə edir. Qırmızı daşlar bunlardır : yaqut, qırmızı süleymandaşı, şpinel, qırmızı turmalin, qırmızı yəşəm, mərcan, rodonit.

Bir çoxları yanlış olaraq almazın rəngsiz olduğunu hesab edirlər. Əslində isə almazın rəng palitrası istənilən digər qiymətli daşın rəng çalarından çoxdur. Lakin bu günümüzdə əksər almazlar öz xalis rənglərini əks etdirmirlər. Bir çox daşları süni şəkildə rəngləyirlər. Bu, onların nadir olmaları ilə izah olunur.

Moosa şkalası (mineralların sərtlik şkalası) icad edilənə qədər qiymətli daşlar rənglərinə görə müəyyən olunurdu. Beləliklə, bütün yaşıl daşlar zümrüd, qırmızı daşlar isə yaqut hesab olunurdu və s.

Akvamarin və zümrüd eyni şeydir, lakin müxtəlif kimyəvi elementlərin birləşməsi onlara müxtəlif rəng qazandırır. Xrom zümrüdü yaşıl, aliminum isə akvamarini mavi edir.

Topaz elementi günəş şüası altında solğunlaşır və rəngini itirir. Buna görə də bu elementdən olan bəzək əşyasını çimərliklərdə taxmaq məsləhət görülmür.

Çəhrayı topaz - bu, mineralın ən nadir olan növüdür. Məhz çəhrayı topaz ən çox saxtalaşdırılan mineraldır.

Satışda olan daşların 80%-i Rusiya, Braziliya, Hindistan, Yəmən, Çexiya, Avstriya və başqa ölkələrdən gətirilir.

Samirə Tağıyeva, “İki sahil”