03 fevral 2020 10:15
1412

Bu avtomobilə 150 min verdi - FOTO

Klassik avtomobillərə olan həvəsi ilə tanınan aktyor Burak Özçivit özünə yeni maşın alıb.

"İki sahil" xəbər verir ki, Burak Özçivitın yeni aldığı avtomobil 1998-ci il modeli qara "Camaro SS"dir. O, yeni maşınına 150 min lirə (təxminən 42 500 AZN) pul xərcləyib.

Qeyd edək ki, aktyor bundan əvvəl sarı rəngdə 1974-ci il modeli "Camaro" avtomobili üçün 91 min lirə (təxminən 25 800 AZN), "Ferrari F355" avtomobili üçün isə bir milyon lirə (təxminən 283 800 AZN) verib.