Mərkəzi Amerikanın şimal-şərqində yerləşən Belizdə yalnız yetkinlərin getmək icazəsi olan ada var.
“İki sahil” xəbər verir ki, 21 yaşından yuxarı hər kəsin gedə biləcəyi adada başqalarını narahat etmədən hər şey etməyə icazə verilir.
Dünyanın ən lüks otellərindən birinin yerləşdiyi adada qalmağın həftəlik xərci 6 min dollardan çoxdur.
Bildirilir ki, tətil üçün müraciət etdikdən sonra növbənizi gözləməlisiniz. Çünki adaya hər həftə 48 ziyarətçi qəbul edilir.
Lüks və azadlığın birləəşdiyi adada istəyənlər lüt də gəzə bilərlər.