Təəssüf ki, məşğul həyat tempinin geri dönüşü olan stress hamımız üçün problem halına çevrilir. Hər gün streslə mübarizənin ən təsirli yollarından biri olan meditasiya haqqında yeni məlumatlar öyrənirik. Hələ ölkəmizdə populyarlaşmayan meditasiya növlərindən biri “Qigong”dur. Beləliklə, “Qigong” nədir, məqsəd və faydaları nələrdir? Bütün bu sualların cavabları ilə tanış olun.
“Qigong” nədir?
“Qigong”, qədim Çin təbabətinin əsas qolları olan Tao və Zen təlimlərini tətbiq etmək üsuludur, mənşəyi 5000 il əvvələ çatır. “Qigong” bütün uzaq Şərq fəlsəfi döyüş sənətinin əsasını təşkil edir. Bir sözlə, çinlilərin inanclarına görə “chi” bütün yaradılışımızın əsasını təşkil edən həyat enerjisi hesab olunur. “Qigong” Chi enerjisi ilə əlaqə yaratmağa imkan verən enerji rəqsidir. O, bədən, duyğu və ağılla əlaqəli möhtəşəm bir uyğunluq təqdim edərək, insanda birlik, balans və harmoniya kimi prinsipləri inkişaf etdirir. “Qigong” etməklə zehni sakitlik əldə edirsiniz və bədəninizdəki enerji axınını tənzimləyirsiniz. Bu mənada “Qigong”u bir növ meditasiya kimi düşünə bilərsiniz.
“Qigong” xarakterinizə hansı töhfələr verir?
“Qigong” sayəsində diqqət və konsentrasiyanız artır, komanda şəklində işləməyi öyrənirsiniz. Streslə mübarizə aparmağa kömək edən “Qigong” daha yaxşı bir həyat keyfiyyətinə sahib olmaq üçün şüurunuzu inkişaf etdirir. Nəticə olaraq ruhi yüksəlişlər və enişlərlə mübarizə aparmağa kömək edir.
“Qigong”-un sağlamlığa faydaları
Bu meditasiya növü düzgün nəfəs almağı öyrədir, sümüklərinizin və oynaqlarınızın güclənməsini təmin etməklə onurğa sütunu əyrilikləri ilə mübarizə aparmağa kömək edir. Hüceyrələrin bərpasını sürətləndirərək mərkəzi sinir sisteminizi stimullaşdırır və immunitet sisteminizi gücləndirir.
Samirə İsmayılova, “İki sahil”