04 fevral 2020 11:36
1944

Dünyanın ən ucqar yeri - Tristan da Cunha - FOTO

Tristan de Cunha dünyanın ən uzaq məskunlaşma yeridir. Latın Amerikası və Afrikanın ortasında Atlantik Okeanının cənubunda yerləşən Tristan de Cunha pulun istifadə edilmədiyi və insanların heyvandarlıqla məşğul olduğu bir adadır.

“İki sahil” xəbər verir ki, Tristan de Cunha Atlantik Okeanının ortasında tək bir adadır. Dünya ölkələrindən  uzaq olan bu adaya getmək çox çətindir.

Tristan de Cunha İngiltərənin tabeliyində olan adadır. Lakin onun Britaniyadan məsafəsi minlərlə kilometrdir. Adaya ən yaxın yaşayış məntəqəsi 2400 kilometr məsafədə Cənubi Afrika Respublikasının Keyptaun şəhəridir. Tristan de Cunha İngiltərənin paytaxtı Londondan 8600 kilometr məsafədədir.

Dünyanın ən ucqar adasında cəmi 300 nəfər yaşayır. Tristan de Cunhanın dünyaya yeganə kiçik limanı ilə açılır. Adada pul istifadə edilmir. Kənd təsərrüfatı və heyvandarlıq ilə məşğul olan ada sakinlərinin pula ehtiyacı yoxdur.