05 fevral 2020 10:13
1488

Evini satıb, görün nə etdi? - FOTO

Hicaba keçdikdən sonra dərnək qurub xeyriyyə işləri ilə məşğul olan aktrisa Qamze Özçelik yenidən diqqət mərkəzindədir. Gamze Özçelik "Ümidü Koşanlar Dərnəyi" ilə Afrikada yaşayan məzlum insanlara əl tutmaqda davam edir. 

Layihə çərçivəsində "Afrikada susuz, yeməksiz, işıqsız kənd qalmasın" deyərək yola çıxan qrup dörd kəndin çatışmazlıqlarını tamamlayıb.

"İki sahil" xəbər verir ki, ötən il Afrikanın 11 kəndində 11 su quyusu qazdıran aktrisanın İzmirin Göztəpə qəsəbəsindəki evini xeyriyyə işlərinə görə satdığı məlum olub. Dəyəri 400 min Tl (təxminən 113 min 640 manat) olan evini satan aktrisa həmin pulu Afrikada suyu quyularının qazılmasına xərcləyib.

Afrikadakı "Ümidli kəndlər" adı altında açdığı su quyularına şəhidlərin adlarını verdi.