İngiltərədən olan Nikki Belton "Naked Cleaning Company” (Çılpaq Təmizləmə Şirkəti) adlı maraqlı şirkət qurub. O, 1 saat ərzində 95 funt (təxmini 225 manat) qazanır.
"İki sahil" xəbər verir ki, şirkət işçiləri təmizliyə alt paltarı və ya çılpaq yollayır. Təmizlik işçiləri ev sahibinə bir sıra təmizlik xidmətləri təklif edirlər. Belton indiyə kimi minlərlə insana xidmət göstərdiklərinə baxmayaraq, hələ də insanların belə bir xidmətin mövcudluğuna şübhə ilə yanaşdıqlarını açıqlayıb.
O, “25 yaşdan yuxarı, peşəkar insanları işə götürürük. Bədən quruluşu isə önəmli deyil”,- deyə bildirib.