05 fevral 2020 20:26
1992

Yuxulara inanaqmı?

Yuxular həyatımızda baş verən ən sirli və maraqlı hadisədir. Bəzən qorxulu, bəzən xoş, bəzən təəccübləndirici yuxular görürük. Yuxuların psixologiyası insanları həmişə maraqlandırıb.

Hələ eramızdan əvvəl 3100-cü ildə Mesopotamiyada hökumət qərarları görülən yuxuların mənalarına uyğun olaraq qəbul edilirdi. Romada isə görülən hər hansı qeyri-adi bir yuxu şərh və yuxuyozma üçün senata təqdim edilirdi. Yuxular Allahın fikirləri, mesajları kimi qəbul edilirdi. Döyüş və tədbirlərdə mütləq yuxu şərhçiləri də iştirak edirdilər. Günümüzdə yuxularla bağlı mistik inancların əsassız olduğu, yuxunun insan psixologiyasına aid hadisə olduğu sübut olunsa da, yenə də yuxularına məna axtaran, yozan insanlar vardır.

Aşağıda yuxularla bağlı maraqlı faktlarla tanış ola bilərsiniz:

Yuxuların 90 %-ni elə ayılan kimi unuduruq.

Biz yuxunu adətən sakitlik və dinclik əlaməti hesab edirik, əslində isə beyin yuxuda ikən daha fəal olur.

Başına gələcək hadisəni eyni, olduğu kimi qabaqcadan yuxuda görmək də çox təəcübləndirici hallardan biridir. Belə hallardan bəziləri:

Abraam Linkoln öz sui-qəsdi haqqında yuxu görmüşdü.

2011-ci ilin sentyabrında ABŞ-da baş vermiş partlayışda zərər çəkənlərdən bəziləri hadisəni eyni ilə yuxuda gördüklərini bildirmişdilər.

Titanik fəlakətini 19 nəfər əvvəlcədən yuxuda gördüyünü təsdiqləmişdi.

Yuxu zamanı bəzi kəşflərə imza atılıb. Tədqiqatlar  göstərir ki, bir sıra böyük incəsənət əsərlərinin ideyaları da yuxuda ikən qazanılıb.

Yuxunun insanda kreativliyi yüksəltdiyi, yuxu pozğunluğu olan insanların kreativ bacarıq tələb edən işlərdə özünü doğrulda bilməməsi sübut edilmişdir.

Bütün canlı varlıqlar yuxu görürlər.

Sonradan gözləri tutulmuş insanlar yuxu görə bilir. Lakin anadangəlmə görmə qüsurlu doğulmuş insanların yuxuları digər insanlar qədər maraqlı və sıx olsa da, onların yuxularında görmə duyğusu olmur, digər hissiyyat üzvləri ilə yuxunu anlayırlar.

Yuxuda insanlar yalnız tanıdıqları, nə vaxtsa gördükləri insan simalarını görürlər.

Yuxular adətən mənfi emosiyalara köklənmiş olurlar. Yuxu zamanı büruzə verilən emosiyalar qorxu, kədər və qəzəbdir. Xoş hisslərlə dolu yuxular az-az görülür.

Kişilərin yuxularının daha çox aqressiya ilə dolu olduğu məlumdur.

Yay və qış vaxtına keçdikdən sonra bir neçə gün ərzində Kanadada yuxu pozğunluğuna səbəbindən baş verən qəzaların sayı artır.

Yuxusuz qalmağın rekordu 18 gün 21 saat 40 saniyədir. Bu rekord bir yarışmada qazanılıb. Yarışmaya qatılan və uzun müddət yuxusuz qalanların çoxu görmə pozğunluğu, nitqin çətinləşməsi, yaddaşın və diqqətin itməsi kimi problemlərlə qarşılaşıblar.

İnsanın kürək nahiyəsindəki oynaqlarla beynin yuxu hissəsi arasında əlaqənin olması tədqiq edilib.

Hər kəsin yuxuları rəngli olmur. İnsanların 12 %-i ağ-qara yuxular görür.

Nubar Süleymanova, “İki sahil”