Dünyada müxtəlif səbəblərlə özünə qəsd edən şəxsiyyətlər olub. İntihar edən məşhurlar haqqında maraqlı məlumatları təqdim edirik:
Amerikalı yazıçı Ernest Heminquey həyatının son illərində depressiyaya qapılmışdı. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı “Mayo” klinikasına yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə böyük ümidsizliyə qapılan yazıçı özünü ov tüfəng ilə öldürür. Qeyd edək ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.
Sergey Yesenin öz dövrünün ən böyük və səmimi şair idi. Yeseninin ölümü haqqında verilən rəsmi məlumata görə, 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın “Anqleter” otelində Yesenin özünü asaraq intihar etmişdir.
İstedadlı rəssam Van Qoq “Taxıl zəmisində qarğalar” rəsmini çəkdikdən sonra özünü başından güllə ilə vurmaqla intihar etmişdir. O, spirtli içkidən çox istifadə edirdi, psixologiyasında ciddi problemlər yaşanırdı.
Cek Londonda intihar edən şəxsiyyətlərdəndir. Onun intiharına səbəb olan əsas amill içki idi. İçkini atmağı asan hesab edən yazıçı sonradan bunun mümkünsüz olduğunu anladı. Gənc yaşlarında morfi iynəsini böyük doza ilə vurmaqla həyatdan vidalaşdı. Bir çox mənbələrdə isə onun 1916-cı ildə yuxuda olarkən öldüyü bildirilir.
Adolf Hitlerin 1945-ci il aprel ayının 30-da Berlinin ələ keçəcəyini təxmin etməsindən sonra sığınacaqda intihar etdiyi güman edilir. O, yaxalanmamaq üçün atəş açaraq özünü öldürmüşdür.
Edqar Allan Po ABŞ-ın ilk qısa hekayələr yazan yazarıdır. Varlı insan tərəfindən oğulluğa götürülən Edqar sonradan yoxsulluğa düçar olur. 1849-cu ildə o, Baltimordakı xəstəxanada intihar etmişdir. Amma onun intihar etməsi haqqında hələ dəqiq məlumatlar yoxdur.
Məşhur yunan filosofları Pifoqor və Demokrit özlərini aclığa məhkum edərək intihar etmişlər.
İngilis pop müğənnisi Charles Haddon isə 2010-cu ildə Belçikada təşkil olunan musiqi festivalında elektrik dirəyindən tullanaraq intihar edib. 1962-ci il avqustun 5-də dünya şöhrətli Hollivud ulduzu Merlin Monronun meyiti öz yatağında tapıldı. İlkin araşdırmalar onu deməyə əsas verirdi ki, Merlin Monro yüksək dozada həb qəbul edərək intihar etmişdir. Amma bu versiyanın həqiqətə nə dərəcədə uyğun olması hələ də sirr olaraq qalır.
Samirə Tağıyeva, “İki sahil”