07 fevral 2020 12:13
2387

Göz yaşları beyini təmizləyir?

Göz yaşları bəzən kədər, bəzən də sevincin bir ifadəsi olaraq axır. Bu gün sizə göz yaşları haqqında maraqlı məlumatlar təqdim edirik:

Göz yaşlarının tərkibinə görə insanın bəzi göz xəstəliklərini və göz travmalarını aşkar etməyin mümkün olduğunu bilirdinizmi?

Yunan filosofu Aristotelin sözlərinə görə, göz yaşları beyini təmizləyir.

Göz yaşlarının tərkibində olan lizosim maddəsi təbii antibiotikdir. Bu maddə gözləri infeksiyalardan qoruyur.

Göz yaşlarının kimyəvi tərkibi dəyişilir. İnsan kədərdən ağlayanda göz yaşları daha duzlu, hətta acı olur, sevincdən ağlayanda isə əksinə.

Elmi araşdırmalara görə, ağlamaq həqiqətən stresi azaldır. Müşahidələr göstərib ki, ağladıqdan dərhal sonra insanlar özünü daha pis hiss edir. Lakin yarım saat keçdikdən sonra insan yüngüllük hiss etməyə başlayır.

Ağlayan zaman  göz yaşları ilə birlikdə stres hormonları ifraz olunur.

Göz yaşlarının 98%-i sudur, qalanı isə duz, zülal, hormonlar və  digər maddələrdir.

Amerika alimləri aşkar ediblər ki,  çox ağlayan insanlar daha kreativ və yaradıcı olur.

Eksperimentlər göstərib ki, ağlamaq həm fiziki, həm də emosional ağrıları azaldır.

Niyə qadınlar daha çox ağlayır? Məsələ bundadır ki, kişi hormonu olan testosteron göz yaşlarının ifrazını azaldır, qadın hormonu oksitosin isə əksinə artırır. Yaşlandıqca kişi orqanizmində testosteronun ifrazı azalır və bu səbəbdən yaşlı kişilər daha “ağlağan” olur.

Quru göz sindromu, narahatlıq hissi, bulanıq görmə, göz yaşın çatışmazlığı və ya disbalansı ilə müşayiət olunan göz yaşı okulyar səthin xəstəliyidir.

Hətta, göz yaşları da fərqlidir. 1981-ci ildə Minnesotadan olan psixiatr II William kədərli kinolar zamanı yaranan göz yaşının tərkibində, soğan doğrayarkən yaranan göz yaşından daha çox protein olduğunu aşkarlayıb.

1986-cı ildə ABŞ-n məşhur jurnal və qəzetləri üzrə araşdırmada bir psixoloq müəyyənləşdirib ki, ağlamaq haqqında olan məqalələrin 94%-i insanlarda psixoloji gərginliyin azalmasına kömək olur.

2008-ci ildə 30 ölkə üzrə 4300 yetkinlik yaşına çatmış gənclər üzərində aparılan tədqiqatlara əsasən  əksəriyyət bildirib ki, ağladıqdan sonra özlərini həm ruhi, həm fiziki baxımdan yaxşı hiss edirlər.

Samirə Tağıyeva, “İki sahil”