Hazırda Çində koronavirus sürətlə yayılmaqdadır və insanlara şəhərlərindən kənara çıxmamaq tapşırılıb. Bəs bu karantin vəziyyətin ölkədən çıxan mallara, bağlamalara bir təsiri varmı?Çinin kütləvi mal ixrac etməsi, xüsusilə də “Amazon”, “AliExpress” kimi onlayn platformada satış və göndərişlər etməsi çoxlarını narahat edir. Virus bağlamalarla birlikdə qapımıza kimi gələ bilərmi?
ABŞ-ın sağlamlıq üzrə ekspertləri belə bir təhlükənin olmadığını, bağlamalar vasitəsilə virusa yoluxmanın real olmadığını açıqlayıblar. Bu virusla bağlı xüsusi tədqiqatlar aparılmasa da, ona bənzər digər iki virus “SARS” və “MERS”in əşyaların səthində cəmi bir neçə saat qala bilir. Çindən gələn bağlamaların sifariş yerinə ən azı 2 günə çatmasını nəzərə alsaq, koronavirusa yoluxma şübhəsinə gərək yoxdur.
Ekspertlər bu müddət ərzində ABŞ-a gələn bağlamalardan heç bir yoluxma halı qeydə alınmadığını açıqlayıblar.
Qeyd edək ki, Çinin Uhan şəhərində yayılan yeni virus yüzlərlə sakinin ölümünə səbəb olub. Virusun əsas simptomları qızdırma, öskürəkdir və daha ciddi hallarda pnevmaniya ilə nəticələnir.
Nubar Süleymanova, “İki sahil”