Amerikalı model Yaslen Clemente ilk dəfə uşaqlıqda yaşadığı sağlamlıq problemi və bu xəstəlik üzündən yaşadığı ağır günlər barədə danışıb.
“İki sahil” xəbər verir ki, “İnstaqram” səhifəsində 1,3 milyon izləyicisi olan Yaslen Clemente orta məktəbə oxuyanda skolioz olduğunu söyləyib.
Rəfiqələrinin belindəki əyrilik üzündən daim onu ələ saldıqlarını söyləyən 22 yaşlı model müalicəsi üçün verilən korsetdən gizli istifadə etdiyini açıqlayıb.
Clemente “Mən hər gün korset geyinməli idim. Gizlətmək üçün həmişə kapşonlu paltar geyinirdim. İsti havalarda huşumu itirəcək isti olduğuna baxmayaraq yenə də o paltarı çıxarmırdım. Mənim yalnız iki dostum var idi” deyib.
Davamlı müalicə sayəsində cərrahiyyə əməliyyatına ehtiyac olmadan sağlamlığına qovuşan model sonralar sosial mediadan fəal şəkildə istifadə etməyə başladığını bildirib.