09 fevral 2020 11:52
1507

Avropanın ən təhlükəli adası - FOTO

İtaliyanın Siciliya bölgəsində yerləşən Stromboli adası Avropanın ən təhlükəli adasıdır. Qitənin ən aktiv vulkanı olan Strombolidə 300 nəfər yaşayır.

“İki sahil” xəbər verir ki, Stromboli İtaliyanın Sicilya adasındakı kiçik bir adadır. Aralıq dənizində yer alan Stromboli adası ölçüsü 12 kvadrat kilometrdir.

300 nəfərin yaşadığı bir ada mənzərəsi olan tipik Aralıq dənizi qəsəbəsidir. 1930-cu illərdəki vulkan püskürmələri nəticəsində ada əhalisinin əksəriyyəti ABŞ və Avstraliyaya köçüblər. Bu gün dünyanın ən çox ziyarət edilən vulkanik adalardan biri olan Stromboli sərgüzəştli turistləri qarşılayır.

Qeyd edək ki, Strombolinin keçən yay iki böyük vulkan püskürüb. Bu partlayışlara görə yetmiş nəfər adanı tərk etməli olub.