11 fevral 2020 18:31
1794

Keçəllərə ŞAD XƏBƏR!

Soğan suyunun saçlara bir çox faydası var imiş.

“İki sahil” xəbər verir ki, soğan suyu saçları, həm sürətlə uzadır, həm qalınlaşdırır, həm də ağarmanın qarşısını alınır.

2002-ci ildə aparılan araşdırmaya görə, saçda “saç qıran” olduğu hissəyə soğan suyu sürtüldüyü zaman həmin hissədə yeni tüklər çıxır.

Aparılan digər araşdırmaya əsasən, soğan suyu tərkibində olan antibiyotik sayəsində saçların ağarmasının qarşısını alır, saç tellərini qalınlaşdırır və saçın keyfiyyətini artırır.

Soğan suyu ilə saça qulluq iki yolla edilir.

1) 2 ədəd soğanı blender, yaxud sok maşınından keçirin. Suyu ilə saç dərinizə masaj edin. 1 saat gözlədikdən sonra saçlarınızı yuyun.

2)  1 litr suyu qaynadın. Su qaynamağa başladığı zaman 3 ədəd soğanı doğrayıb qaynayan suya atın və əlavə 10 dəqiqə qaynamağını gözləyin. Su soyuduğu zaman saçlarınızı ənənəvi qaydada yuyub, soğan suyu ilə durulayın.

Əgər narahat olmasanız növbəti günə qədər saçlarınızı yumayın. Soğan qoxacağını düşünsəniz suyu saçlarınıza sürtün və 2 saat gözlədikdən sonra yuyun.