20 fevral 2020 13:15
1454

1 milyon dollarlıq çanta otağı FOTO

Sərvətini özü qazanan ən gənc milyarder Kylie Jenner “YouTube” kanalında paylaşdığı video ilə izləyicilərini heyrətləndirmişdi.

“İki sahil” xəbər verir ki, evindəki çanta otağınını izləyiciləri ilə paylaşan K.Jenner dəbdəbəli olduğunu nümayiş etdirib.

Qızı Stormi dünyaya gəldikdən sonra çağa övladına da ən bahalı çanta və ya pulqabılar alan milyarder illər əvvəl dünyada məşhur olan markalara aid yüzlərlə dəbdəbəli çantanın olduğu otağı nümayiş etdirdiyi zaman izləyənləri heyrətləndirmişdi.

Modelləri rəngbərəng ayırmağı unutmayan milyarder “Chanel”, “Supreme”, “Dior”, “Gucci”, “Louis Vuitton”, kimi markalara məxsus çantaların ümumi qiyməti 1 milyon dollardan çoxdur.

K.Jenner bugünlərdə 2 yaşlı qızı Stormiyə 2500 dollara “Louis Vuitton”dan çantanı izləyicilərinə nümayiş etdirib. O, qızının çantasını göstərərkən, yenidən çanta otağını göstərməyi unurmayıb.