Koronavirusun yayılması dünyanın ən varlı insanlarının sərvətinin 140 milyard dollar azalmasına səbəb olub.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Bildirilib ki, bu, 2016-ci ildən sonra qeydə alınan ən böyük itkidir. Belə ki, “Amazon”un sahibi Jeff Bezos və LVMH (Louis Vuitton Moet Hennessy) korporasiyasının rəhbəri Bernar Arnonun hər biri 5 milyard dollar itirib. “Facebook”un yaradıcısı Mark Zukerberq isə 3.5 milyard dollar itki ilə üzləşib.
Rusiyalı milyarderlər arasında isə “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərovun sərvəti 1.2 milyard dollar azalıb. //Azvision.az