COP29-a hazırlıq inklüziv prosesdir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Tbilisidə keçirilən illik toplantısı çərçivəsində “Transformasiyanı təmin etmək üçün iqlim dəyişikliyi ilə mübarizədə nəticələrin əldə edilməsi” mövzusunda panel müzakirəsi zamanı deyib.
"Hazırlıqlar davam edir. Bu, inklüziv prosesdir. Biz bütün tərəflərin iqlim maliyyəsinə daxil olmasını istəyirik. Burada banklar böyük rol oynayır. Azərbaycan vəsaitin mövcud olduğuna inanır. AİB bunda rol oynaya bilər.
Özəl sektorun iştirakı olmadan adaptasiya əldə edilə bilməz", - deyə nazir bildirib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir