Bu yaxınlarda mediada çox danışılan Hadisə-Kaan Yıldırım sevgisi yenidən gündəmə gəlib.
“İki sahil” xəbər verir ki, münasibətlərində böhran yaşadığını iddia edən cütlükdən biri olan Hadisə demək olar ki, sevgisini yenidən bəyan edib. Ancaq müğənninin bu yaxınlarda sosial media hesabında Kaan Yıldırımın iti ilə olan şəklini silməsi çaşdırıcı olub.
Cütlüyün münasibətlərində böhranın olduğu düşünülsə də Hadisənin münasibətlərini ortaya qoyduğu üçün Yıldırımın ona qəzəbləndiyi barədə də şayiələr yayılıb.
Hadisənin son hərəkəti isə iddialara aydınlıq gətirib. Müğənni “The Notebook” filmindəki “Bu asan olmayacaq. Həqiqətən çətin olacaq! Bu barədə hər gün çalışmalıyıq, amma bunu etmək istəyirəm, çünki səni istəyirəm. Sənə məxsus olan hər şeyi istəyirəm. Əbədi. Sən və mən ... hər gün” fikirləri yazaraq şəkil paylaşıb.
Hadisənin bu paylaşımı eşq elanı olaraq şərh edilib.