02 mart 2020 14:50
3286

Mafiyanın doğulduğu ada Siciliya - FOTO

Siciliya Aralıq dənizindəki ən böyük adadır. İtaliyaya bağlı olan ada materikdən Messina boğazı ilə ayrılır. Tarix boyu fərqli xalqlar tərəfindən əsarətə alınan adada romalılar, normanlar, ərəblər, yunanlar və italyanların hakimiyyətləri hökm sürüb. Bu baxımdan bölgənin mədəniyyəti də çox rəngarəng olub. Mafiyanın doğulduğu yer kimi bilinən Siciliyada, eyni zamanda, Avropanın ən fəal vulkanlarından olan Etna da yerləşir.

“İki sahil” xəbər verir ki, Apenin yarımadasından cənubda yerləşən, sahəsi 25.460 kvadrat kilometr olan ada İtaliyanın cənub hissəsində yerləşir.

Materikdən Messina boğazı ilə ayrılan ada özünəməxsus mədəniyyəti, tarixi və təbiəti ilə diqqəti cəlb edir.

Palermo, Catania, Syracusa, Taormina kimi mühüm tarixi şəhər və qəsəbələrə ev sahibliyi edən Siciliya bir krallıq mirasıdır.

Avropadakı ən yüksək aktiv vulkan olan və hündürlüyü 3323 metr olan Etna da Siciliya adasında yerləşir, Stromboli adadakı başqa bir aktiv vulkandır.

Alcantara çayı və kanyonu adanın möhtəşəm təbii gözəlliklərindən yalnız biridir. İtaliyanın digər bölgələri ilə müqayisədə daha az inkişaf etmiş bir yer olsa da tarixdə müstəqil bir krallıq olaraq mövcudluğunu davam etdirib və 19-cu əsrdə İtaliyanın birliyi ilə bu birliyə daxil edilib.

Aralıq dənizi iqliminin üstünlük təşkil etdiyi adada yaylar olduqca isti olur. Regional Meteorologiya İdarəsinin ölçmələrinə görə, adada qeydə alınan ən yüksək temperatur 49 dərəcədir.

5.1 milyon əhalisi olan adada ən çox danışılan dil, italyan dilidir. Ancaq bölgədə xüsusilə Şərqi Avropa mühacirləri və ərəblər, xüsusilə də albanlar da yaşayırlar.

Siciliyanı dünyada məşhur edən cəhətlərdən biri də mafiyadır. Tez-tez roman və filmlərdə adı mafiya ilə qoşa çəkilən Siciliya haqqında ağla gələn ilk şeylərdən biri mafiyadır.

Mafiyanın doğulduğu yer olan Siciliyadakı Carleone qəsəbəsi bu mövzuda çox məşhurdur.