02 mart 2020 20:24
2327

Əyləncəli sirkin pərdəarxası

Yer üzünün əşrəfi adlandırdığımız insan dünyanı həm quran, həm də viran edən gücə malikdir.

Hansımız tələbə və ya iş yoldaşlarımız, sevdiyimiz insan və ya başqalarının yanında davrandığımız kimi eynilə öz evimizdə də o cür davranırıq? Əlbəttə, cavablar müxtəlif ola bilər. Eynilə hər birimizi gülüb, əyləndirən bir aktyor, sirkçi kimi. Bəs bir-iki saat əyləncə, maraqla izlədiyimiz o vəhşi heyvanların necə əhliləşdirildiyini, səhnə arxasında həyatlarının nə cür və hansı şərtlər altında olduğu ilə heç maraqlandınızmı?

Meri tarixdə ilk dəfə asılaraq edam olunan fildir.

13 sentyabr 1916-cı ildə ABŞ-ın Tennessi əyalətindəki Ervin qəsəbəsində bir sirkdə çıxış edən fil Meri, qulluqçusunun onu qəzəbləndirməsi nəticəsində qulluqçusuna hücum edərək onu öldürür.

1916-ci ilin soyuq fevral ayında Merinin həmişəki qulluqçusu olmadığından onun əvəzinə təcrübəsiz bir qulluqçu təyin edilir. 5 tonluq Asiya fili olan Meri şounun əsas aktyorlarından biri idi və təcrübəsiz baxıcı Merini təşviq etmək istəyərkən təsadüfən onu yaralayır və ağrılar içərisində qalan fil qəzəbdən baxıcını əzərək öldürür.

Cinayət günahından mühakimə olunan fil Meri günahkar bilinərək edamına qərar verilir. Fil Ervin qəsəbəsindən 40 km uzaqlıqdakı Kinqsport qəsəbəsinin meydanında şəkildə görüldüyü kimi edam edildi.

Təbii ki, 5 tonluq bir fil adi kəndir və ya zəncirlə asıla bilməzdi. Bu səbəblə, bir dəmir yolu qaldırıcı kranı istifadə edilməyə qərar verildi və ilk sınaqda beş tonluq fili qaldıra bilməyən kranın zənciri qırılır və yerə düşən Merinin budu və ayaqları sınır. İkinci dəfə isə daha da gücləndirilmiş bir zəncir tapılır və edam yenidən həyata keçirilir. Bu dəfə isə edam uğurlu olur və fil Meri cinayət günahından dolayı edam edilir.

Həyat Qəhrimanlı