Dünyanın ən bahalı yeməklərindən və xüsusilə son zamanlar menyülərin ayrılmaz ləziz təamlarından biri olan, nəinki yeyib, hələ üstəlik şəklini də çəkib sosial şəbəkələrdə paylaşdığımız “Xərçəng”in ovlanması və bişirilməsi isə ayrıca bir dəhşətdir.
Xərçənglər ən müdafiəsiz və qaçma bacarığı ən zəif olan canlılardan biridir və buna görə də ovlanarkən heç bir müqavimət göstərmirlər. Əgər öldürülüb bişirilsə, zəhərli qanı ətinə qarışar və elə buna görə də canlı-canlı qaynadılaraq qanındakı zəhər yox edilir. Normalda səs çıxarmayan xərçənglər qaynar suda qaynayarkən canları o qədər yanır ki, məngənələrini şiddətlə bir-birinə vururlar. Buna görə də məngənələri bağlanılır və arasına bir ədəd parça qoyulur. “İnsanoğlu ən vəhşi varlıqdır” ifadəsinin mənasını indi başa düşdünüzmü?
Həyat Qəhrimanlı