108 kiloqram çəkisi olan 26 yaşlı gənc qadın sevgilisi tərəfindən tərk edildiyi üçün arıqlayıb gözəllik kraliçası oldu.
"İki sahil" xəbər verir ki, Cen Atkin adlı qadın sevgilisi tərəfindən kök olduğu üçün tərk edildikdən sonra intiqam almaq qərarına gəlib. Pizza, hamburger kimi kalorili qidalarla qidalanan gənc qadın pəhriz saxlayaraq salat, balıq əti, yumurta yeməyə başlayıb. Atkin eyni zamanda idmanla məşğul olaraq 2 ilə 50 kiloqram arıqlamağı bacarıb. Belə ki, o 58 kiloqram çəkiyə sahib olduqdan sonra gözəllik yarışmasına qatılıb.
"Miss England 2018" yarışmasında 2ci yerin qalibi olan Atkin 2020ci il 21 fevralda qatıldığı "Miss Great Britain" yarışmasının qalibi seçilib. Saatlarla idman zalında məşq edən gənc qadın özü haqqında danışarkən "4-5 il əvvəl gözəllik kraliçası seçiləcəksən desəydilər inanmazdım. Çox çalışmaq hər zaman insana kömək edir. Özümü sanki ayın üzərindəymişəm kimi hiss edirəm" sözlərini dilə gətirib. İllər əvvəl sevgilisinin acığına arıqlayan Atkin hazırda çox xoşbəxt olduğu biri ilə evlidir.