Aralıq dənizi dünya turizm sektorundan ən çox pay alan bölgədir. İspaniya, Fransa, İtaliya, Yunanıstan və Türkiyənin dünyanın ən çox turist cəlb edən ölkələr siyahısına başçılıq etdiyini düşünsək bu coğrafiyanın əhəmiyyəti daha da yaxşı aydın olur. Tarix boyu sivilizasiyaların doğulduğu və inkişaf etdiyi bu coğrafiyada adalar da böyük əhəmiyyət daşıyır. "İki sahil" Aralıq dənizində mütləq görməli olduğunuz 10 adanı təqdim edir:
Zakynthos, Yunanıstan
Zakynthos Yunanıstan və İtaliya arasındakı bir adadır. Aralıq dənizinin bu cənnət guşəsi dünyanın ən gözəl çimərliklərindən birinə sahibdir. Batmış gəmi qalıqları, ağ qum və firuzəyi dənizi ehtiva edən Zakynthos mövcud potensialı ilə turistləri qarşılayır.
Mallorca, İspaniya
Mallorca Aralıq dənizindəki ən qədim adalardan biridir. Avropa turistlərinin böyük marağına səbəb olan Mallorca, eyni zamanda Balear adalarının ən böyük yaşayış məskənidir. Hər il milyonlarla turisti qəbul edən adanın mərkəzi Palmadır. Adanın daimi əhalisi təxminən 900 min nəfərdir.
Krit, Yunanıstan
Yunanıstanın ən böyük adası olan Krit Krit eyni zamanda Aralıq dənizindəki beşinci ən böyük adadır. Chania və Heraklion kimi iki böyük şəhərin yerləşdiyi Krit adası hər il yüz minlərlə turisti qəbul edir. Krit ayrıca bölgədə ən çox türk izlərinə rastlaşacağınız adadır.
Malta
İki adadan ibarət olan bu kiçik ölkə tarix boyu böyük əhəmiyyətə malik olub. Malta tarix boyu mübarizə sahəsi olub. Uzun müddətdir Jean cəngavərləri tərəfindən idarə olunan, Sultan Süleyman Qanuninin hakimiyyəti dövründə mühasirəyə alınıb. Ancaq mühasirədən müsbət nəticə əldə edilməyib.
Minorca, İspaniya
Balear adalarından biri olan Minorca kiçik olmasına baxmayaraq xeyli sayda turist qəbul edir. Təxminən 100 min insanın yaşadığı adaya hər il 100-dən də çox insan gəlir. Tarixi bir yer olan Minorkanın ən yüksək nöqtəsi 358 metr olan Monte Torodur.
Rodos, Yunanıstan
İstiqamətimizi bu səfər Türkiyənin yaxınlığında olan Rodosa çeviririk. Tarix boyu böyük əhəmiyyət daşıyan Rodos qədim dövrdə liman və burada yerləşən nəhəng heykəlləri ilə məşhur idi. Odur ki, Rodos heykəli dünyanın yeddi möcüzəsindən biri hesab olunur. Uzun müddət məbəd cəngavərləri tərəfindən idarə olunan ada sonradan Osmanlı hakimiyyətinin əsarəti altına keçib. Bu gün Yunanıstana aid olan adada Yunan, Roma və Osmanlı imperiyalarının izlərini görmək mümkündür.
Capri, İtaliya
Neapol körfəzində yerləşən Kapri adası İtaliyanın cənubundakı ən əhəmiyyətli şəhər olan Neapola gələnlər tərəfindən tez-tez ziyarət edilən bir dayanacaqdır. 10 kvadrat kilometrlik bu gözəl ada dərin mavi dəniz və yaşıl təbiəti ilə film çəkilişlərinə də ev sahibliyi edir. Hər il adaya çoxlu sayda yaxtalar da yan alır.
İbiza, İspaniya
Aralıq dənizi dedikdə ağla gələn ilk yerlərdən biri də İbizadır. Avropa gənclərinin bir nömrəli tətil seçimi olan İbiza yay boyu davam edən şənlikləri və gecə həyatı ilə məşhurdur. Çox qədim tarixi olan bu tətil adası gün ərzində bir çox çimərliklə turistləri qarşılayır. Adanın bəzi hissələri yalnız böyüklər üçündür!
Korsika, Fransa
Aralıq dənizində Fransanın ən böyük adası olan Korsika özünəməxsus cəhətləri ilə diqqət çəkir. Fransadan fərqli bir mədəniyyətə sahib olan və Napoleonun doğulub böyüdüyü Korsika digər adalar kimi turistlər tərəfindən o qədər də populyar deyil. 200-dən çox çimərlikləri olan Korsika yüksək hündürlüyə malik bir adadır. Hündürlüyü 2 min metrdən yüksək olan 20-dən artıq dağın olduğu Korsika təbiət həvəskarları üçün çox əlverişli yerdir.
Sardiniya, İtaliya
Yolumuzu Korsikanın cənubundakı Sardiniyaya çevirdik. İtaliyanın Sardiniya adası Aralıq dənizinin ən böyük adalarından biridir. Kalyari kimi tarixi şəhərlərindən başqa Sardiniya da öz təbiəti ilə diqqəti cəlb edir. Çimərlikləri, təmiz dənizi və dağları ilə qonaqlarını qarşılayan Sardiniya həm də qonaqpərvər sakinləri ilə tanınır.