04 mart 2020 16:07
2977

Minlərlə siçanın yaşadığı məbəd - Karni Mata - FOTO

Hindistanın qərbindəki Racastan əyalətində yerləşən Karni Mata məbədində 25 min siçan var. Müqəddəs sayılan siçanlar burada yaşayır. İnsanlar buradakı siçanların keçmiş həyatlarında uşaq olduqlarına inanılır.

“İki sahil” xəbər verir ki, hindlilər üçün müqəddəs sayılan məbədin təməli XV əsrdə qoyulub. Ancaq məbədin inşası 20-ci əsrdə tamamlanıb. 25 min siçanın yaşadığı məbəddə onlara heç toxunulmur. Kabbas adlanan bu siçanlar müqəddəs sayılırlar. Siçan Məbədi olaraq da bilinən Karni Matada yaşayan 25.000 siçan həddindən artıq əhəmiyyətə sahibdirlər, ancaq nadir hallarda görülən ağ siçanlar daha böyük əhəmiyyətə malikdirlər.

Hind inanclarına görə məbəddəki siçanlara zərər vermək qəti qadağandır. Çünki bu siçanlar əvvəlki həyatlarında qadağan olunmuş bulaqdan su içən hindu tanrısı Karni Matanın övladları olduğuna inanılır. Bu inanca görə, məbədə gələnlər siçanlara ən yaxşı şəkildə davranır və onları bəsləyirlər.

Məbəd digər heyvanların siçanlara zərər verməməsi üçün tel çəpərlərlə əhatə olunub. Racastan əyalətindəki bu məbəd bir çox xarici ziyarətçiləri də qarşılayır.

Qeyd edək ki, Bikaner bölgəsindəki Deshonke şəhərindən 30 kilometr məsafədəki məbəd də bir çox sənədli filmin mövzusu olub.