04 mart 2020 17:00
2366

“Qara dənizin Efesi” - Prusias ad Hypium - FOTO

Qara dənizin Qərb bölgəsində ən qədim yaşayış məntəqəsi olaraq bilinən Düzcenin antic Prusias ad Hypiumda 12 aya qədər davam edən qazıntı işləri bölgədəki işləri gücləndirən arxeoloqları həyəcanlandırır.

“İki sahil” xəbər verir ki, xalq arasında “40 addım” olaraq bilinən Konuralpadakı qədim teatrda Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə 12 aya artırılan qazıntılar Düzce Mədəniyyət və Turizm müdürlüyü, Düzce Universiteti (DU) və Düzce Bələdiyyəsinin dəstəyi ilə davam etdirilir.

Zamanla üzərində yeni tikililərin inşa edildiyi, lakin yeraltı sərvətinin pozulnadığı qədim teatrda aparılan qazıntılarda iştirak edən arxeoloqlar tapıntıların tarixinin araşdırılması üçün bu günə qədər səy göstərirlər.

Düzce Universitetinin Arxeologiya bölməsinin müəllimi Dos. Dr. Emre Okan verdiyi açıqlamada bildirib ki, qədim teatrın yerləşdiyi bölgənin çox böyük bir şəhərin kiçik bir hissəsidir.

Teatrın qədim şəhərdən qalan yeganə quruluş olduğunu söyləyən E.Okan bildirib ki, teatr bizə qədim şəhərin tam möhtəşəmliyini göstərən yeganə quruluşdur: “Bu, bizim üçün vacibdir. Burada aparılan hər cür qazıntı və araşdırmalar bizə həm teatrı, həm də teatr istifadəsindən sonra mərhələni göstərir."

 Teatrın 4-cü əsrin sonlarından istifadə olunduğunu izah edən E.Okan bidirib: "4-cü əsrdən sonra əldə etdiyimiz tapıntılar əsasında buranı bir atelye sahəsi, bir iş yeri, sənaye sahəsi olaraq istifadə olunduğunu düşünmək lazımdır. Bu kimi istifadə edildiyi haqda bəzi tapıntılarımız var. Qazıntılar təkcə teatr üçün olmayacaq. Teatrdan sonrakı antik dövr tapıntılarının da qiymətləndirildiyi araşdırmalar olacaq.”