Mauris Tillet (1903-1954) Rusiyada fransız ailəsində doğulmuş peşəkar güləşçidir. O daha çox “Fransız mələyi” ləqəbi ilə tanınırdı. 20 yaşında akromeqaliya, yəni sümüklərin normadan artıq böyüməsi və çəki artması diaqnozu qoyulan Tilleti vəkil olmaq istəyindən də məhz bu hal yayındırmışdı. “Bəlkə də belə bir üz ilə mən vəkil ola bilərdim, lakin mənim səsim eşşək nəriltisi kimidir. Buna qulaq asmaq sadəcə mümkün deyil. Buna görə mən Fransız Donanmasına getdim” - (Lowell Sun Newspaper qəzetinə müsahibəsi. ABŞ, 8 aprel 1943-cü il).
“Gəmi heyəti üzvləri məni meymuna oxşadırdılar və mən bundan çox məyus olurdum. Bu kimin xoşuna gələr? Lağa qoyulmaqdan qurtulmaq üçün boş vaxtlarımı sahildə keçirirdim. Orada yaşayan əhali mənim görünüşümdən çox narahat idi” - (Look Magazine jurnalı 25 aprel 1950-ci il).
170 sm boya və 122 kq çəkiyə sahib olan Tillet 1937-ci ildə peşəkar güləşçi Karl Pojello ilə tanış olur və Karlın köməyi ilə bu sahə ilə peşəkar məşğul olmağa başlayır. 1940-cı ildə Bostonda “Fransız mələk” ləqəbilə döyüşlər keçirən Tilled elə həmin ildə ağırçəkililər üzrə çempionatın qalibi olur və bu adı növbəti 3 il ərzində qoruyub saxlayır. Onun bu uğurlarından sonra Toni Enjelo (“rus mələk”), Cek Raş (“kanadalı mələk”), Vladislav Tulin (“polşalı mələk”), Klayv Uelş (“irlandiyalı mələk”), Cek Folk (“qızıl mələk”), Cil Querro (“qara mələk”) və s. kimi bir neçə “mələk” ləqəbli güləşçilər peyda olur.
Poliqlot olması ilə də tanınan Moris Tillet eyni zamanda, “Şrek” cizgi filminin əsas qəhrəmanının real həyatdakı prototipidir.
Həyat Qəhrimanlı