06 mart 2020 16:05
2084

4700 illik Zoser Piramidası ziyarətçilərini qəbul edəcək - FOTO

Zoser Piramidası dünyanın ən qədim tanınmış piramidalarından biridir. 4700 illik bir tarixi olan Zoser Piramidası Misirin simvollarından biridir. 14 illik uzun və geniş bərpa işlərindən sonra Zoser Piramidası yenidən açılıb.

“İki sahil” xəbər verir ki, YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan Zoser Piramidası pilləli  Piramida olaraq da bilinir. Üçüncü sülalə dövründə firon Zozer tərəfindən inşa edilən piramida Misirin ən məşhur yerlərindən biridir.

60 metr hündürlüyü və 70 metr enində olan ilk böyük miqyaslı piramida kimi də tanınır.