Bağ evində kabab bişirmək həvəsinə düşən gənc ehtiyatsızlıqdan qonşularının evlərini yandırıb.
Hadisə Rusiyanın Kemerovo vilayətində qeydə alınıb.
Vilayətin hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yanğın nəticəsində qonşuluqda yerləşən doqquz ev yararsız hala düşüb.
Odla ehtiyatsız davranan 29 yaşlı şəxs yeddi milyon rubl (təxminən 160 min manat) cərimə ödəməli olacaq. //Oxu.az