10 aprel 2020 14:15
3999

Dünyanın 10 ən quraq yeri - FOTO

Dünyada demək olar ki, il ərzində heç vaxt yağıntı yağmayan ərazilər də var. Demək olar ki, heç bir canlının yaşamadığı bu coğrafiyalar ümumiyyətlə çox isti havaların hökm sürdüyü yerlərdir. Bununla birlikdə Antarktida kimi olduqca soyuq yerlər də siyahıda yer alır. “İki sahil” dünyanın ən quraq yerlərini təqdim edir.

Aoulef - Əlcəzair

İllik yağıntının orta hesabla 12 millimetr olan bu bölgə dünyanın ən quraq bölgələrindən biridir.

Pelikan Bölgəsi - Namibiya

Cənubi Afrikada bu bölgənin illik yağıntı miqdarı cəmi 8,13 millimetrdir.

İquique - Çili

Atakama səhrasında dünyanın ən quraq coğrafiyasından biri olan İquique illik orta hesabla 5 millimetr yağıntı ilə həyatın mümkün olmadığı coğrafiyalardan biridir.

Halfa Vadisi - Sudan

Saxara səhrasının ortasında yerləşən bu bölgədə illik ortalama 2,45 mm yağış yağır.

İca - Peru

Peru və Çili arasındakı səhrada yerləşən İcanın illik yağıntı 2,29 mm-dir. Ancaq bir neçə il əvvəl elm adamları bu bölgədə bir pinqvin tipinə aid bir canlı tipinə  rast gəliblər.

Lüksor - Misir

Qədim dünyanın bu mühüm yaşayış məskəni quraq iqlimə malikdir. İllik yağıntı cəmi 0,8 mm-dir.

Asvan - Misir

Nil sahilində yerləşməsinə baxmayaraq Asvan da Lüksor kimi olduqca quraq bir bölgədə yerləşir. İllik yağıntı demək olar ki, Lüksorla bərabərdir.

El Kufrah - Liviya

Afrikanın ən quraq ərazisi olan bu bölgədə ildə yağışın miqdarı 0.8 mm-dir.

Arica - Çili

Siyahıdakı Çilidən olan digər bir yer okean sahilindəki Aricadır.

Arid Vadisi -Antarktida

Dünyada heç vaxt yağış yağmayan ərazilər də var. Bunlardan biri Antarktidadır. Arid Vadiləri adlanan bölgədə illərdir yağış yağmır.

Orxan Vahidoğlu, “İki sahil”