Rusiyalı balerina Anastasiya Voloçkova karantin dövründə sağlam qidalanmasından danışıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə o “İnstagram” səhifəsində yazıb. Sənətçinin sözlərinə görə, kilo almamaq üçün o, az miqdarda qidalanır. Onun pəhrizi kahı, yumşaq qaynadılmış yumurta, tərəvəzli , yağsız şorbası və qaynadılmış toyuqdan ibarətdir.
Ayrıca Voloçkova izləyicilərinə karantin zamanı "çox yeməməyi və idman etməyi” tövsiyə edib.