İtaliyada karantin qaydalarını pozaraq velosipedlə küçədə gəzən şəxs saxlanılıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Florensiya polisi ondan karanti rejimini niyə pozduğunu soruşanda, kişi evdə həyat yoldaşı və qızları ilə qalmaqdan bezdiyini bildirib.
Həmin şəxs evdə xanımı və qızları ilə qalmaqdansa, cərimə ödəməyi üstün tutduğunu vurğulayıb. Polis onu cərimələyərək evə göndərib.
Xatırladaq ki, son bir aylıq karantin müddətində İtaliyanın hüquq-mühafizə orqanları 6,7 milyondan çox insanı yoxlayıb. 250 mindən çox şəxsin qaydaları pozduğu bəlli olub. Onlara 400-dən 3 min avro arasında cərimələr tətbiq olunub.