14 aprel 2020 15:23
1452

Ankaradan Azərbaycana salam - FOTO

Türkiyənin paytaxtı Ankaranın rəmzi olan Atakule Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan Türkiyənin yeni tip koronavirusla mübarizəsinə dəstək vermək məqsədiylə 11 aprel tarixində Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Dünyanın corona virusu ilə mübarizə apardığı bu günlərdə Azərbaycanın bu jestinə cavab olaraq, Türkiyənin paytaxtı Ankaranın rəmzi olan Atakule, Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.