14 aprel 2020 15:48
2609

Avropanın zirvəsi: Mont Blank - FOTO

Fransa sərhədləri daxilində olan və Alp dağlarının qərb nöqtəsi olan Mont Blank Avropadakı ən yüksək dağdır. Hündürlüyü 4810 metr olan Mont Blankın bir hissəsi İtaliyada olsa da, dağın zirvəsi Fransa sərhədlərindədir.

“İki sahil” xəbər verir ki, Mont Blank Sloveniyadan Fransaya qədər uzanan Alp dağlarının qərb hissəsində yerləşir. Avropanın ən yüksək dağı olan Mont Blank zirvəsi Fransadadır, ancaq bir hissəsi İtaliya hüdudlarında yerləşir. İtalyan tərəfindəki dağın adı "Ağ Dağ" mənasını verən Monte Biankodur.

Fransanın cənub-şərqində yerləşən Mont Blank, eyni zamanda ölkənin ən vacib qış idman mərkəzlərinə də sahibdir. Bu xizək kurortlarından ən əhəmiyyətlisi Chamonixdir. Dünyanın ən məşhur xizək kurortlarından biri olan Chamonix ümumiyyətlə cəmiyyət tərəfindən dünyanın ən zənginlərinin seçdikləri turizm ərazisidir.

Mont Blank Avropa Birliyinin iki üzvü olan Fransa və İtaliyanı tez-tez qarşı-qarşıya gətirir. Fransa Yuxarı Savoy bölgəsinin bir hissəsi hesab edilən Mont Blanka üstünlüklə sahiblik edir. Digər tərəfdən oxşar şəkildə İtaliya da iddia edir ki, qonşusu ilə sərhədi Mont Blank zirvəsindən keçir.

Mont Blanc həm də iki vacib buzlağa malikdir. Miage və Brenva Mont Blankdakı iki əhəmiyyətli buzlaqlardır və demək olar ki 150 il ərzində heç vaxt kiçilməyiblər.