“İnstagram” fenomeni 44 yaşlı Eşlinin bütün vücudu döymələrdən ibarətdir.
“İki sahil” xəbər verir ki, ilk döyməsini 2013-cü ildə etdirən qadının hazırda dabanlarından başqa hər yeri rəsmlərlə örtülüb. İngiltərədə yaşayan Eşli fotoları ilə ona bənzəmək istəyən insanlara ilham verərək, onları həvəsləndirdiyini bildirir. Qadının başı, boynu sifəti də daxil olmaqla bütün əzaları döymələrdən ibarətdir.
Əjdaha və qırmızı gül kimi klassik naxışlardan başqa, onun döymələri arasında kəllə rəsmidə var. Eşli başındakı döymələrini saçlarından daha çox bəyəndiyini bildirib.