16 aprel 2020 15:25
1805

“Tofaş Muzeyi” audio bələdçi mobil proqramı - FOTO

Tofaş Bursa Anadolu Avtomobil Muzeyi pulsuz audio bələdçi tətbiqi ilə nəqliyyat vasitələrinin tarixinə səyahəti virtual olaraq çatdırmağı hədəfləyir.

“İki sahil” xəbər verir ki, Tofaş Bursa Anadolu Avtomobil Muzeyi "Tofaş Muzeyi" tətbiqi ilə səsli bir məlumatlarla müşayiət olunan muzey və burada nümayiş olunan əsərlər haqqında pulsuz məlumat verir.

Verilən məlumata görə, Tofaş Bursa Anadolu Avtomobil Muzeyi yeni növ epidemiya olan koronavirus (Covid-19) səbəbiylə evlərini tərk etmədən ziyarətçilər üçün virtual olaraq qapılarını açır.

“Android” və “IOS” əməliyyat sistemlərində istifadə edilə bilən audio bələdçi tətbiqi "App Store" və "Google Play Store" vasitəsi ilə türk və ingilis dillərində yüklənə və dinlənilə bilər. Tətbiqin türk versiyası "Tofaş Muzeyi", İngilis versiyası "Tofas Museum"  başlığı altındadır.

Tofaş Bursa Anadolu Avtomobil Muzeyi pulsuz audio bələdçi tətbiqi ilə tarixə şahidlik edən nəqliyyat vasitələri haqqında məlumatları virtual olaraq dinləyicilərinə çatdırmağı hədəfləyir.

Açıqlamaya görə, keçən il 90 min ziyarətçinin qonaq olduğu Tofaş Bursa Anadolu Avtomobil Muzeyini ziyarətçilər ibrətamiz məlumatlarla yanaşı, əyləncəli hekayələrlə də muzeyi kəşf etmək imkanına sahibdirlər.

Muzey turu "virtual bələdçi"nin köməyi ilə seçilmiş sürətli tur çərçivəsində 35 dəqiqə, ətraflı turu seçərək təxminən 60 dəqiqə ərzində başa çatdırıla bilər.

Sürətli tur bölməsində avtomobil və avtomobil tarixinə səthi səyahət edilirsə, bu məlumatlar daha geniş şəkildə ətraflı tur seçimində  nümayiş olunur.

Tofaş Bursa Anadolu Avtomobil Muzeyində uşaqlar üçün də seçim var. Bu tətbiqetmə sayəsində məktəblərini distant təhsil ilə davam etdirən uşaqlar muzeydən uzaq qalmırlar. Uşaq ziyarətçiləri üçün hazırlanan audio bələdçi tur seçimində, əyləncəli 20 dəqiqəlik bir rəvayət var. Xüsusi hazırlanmış məlumat  seçimində "İlk oyuncaq arabası" və "At arabaları" kimi fərqli mövzular da var.