Türkiyəli aktrisa Tuba Büyüküstün karantin günlərində sosial şəbəkənin aktiv istifadəçilərindəndir.
"İki sahil" xəbər verir ki, koronavirus epidemiyasının yayılması məşhurları evlərinə bağlayıb. Bu müddətdə izləyicilərindən ayrılmayan məşhurlar zaman-zaman canlı yayımları ilə pərəstişkarlarıyla bir araya gəlir. Onlardan biri də Tuba Büyüküstün "YouTube" kanalında pərəstişkarları ilə görüşüb.
Aktrisa "İnstagram" canlı yayım açaraq izləyicilərinin suallarını cavablayıb. O, “Gözəlliyinizin sirri nədir” sualına “Sadəcə üzümü yuyuram, təmiz saxlayıram. Başqa nələrsə etmək üçün tənbələm”.
Bəzən makiyajsız görüntüsünü təqdim edən Büyüküstün təbii gözəlliyi ilə çox məşhurdur.