21 aprel 2020 16:57
1658

NASA son dəfə yayımladı

ABŞ-ın Aeronavtika və Kosmos İdarəsi (NASA) “Spitzer” kosmik teleskopunun çəkdiyi son görüntüləri yayımlayıb.

17 il NASA-ya xidmət edən teleskop qalaktikanı infraqırmızı şüalarla müşahidə edirdi.

İşlədiyi müddətdə qalaktikalar, nebulalar və bir çox səma cisimlərini çəkən “Spitzer”in ən diqqətçəkən işi TRAPPIST-1 sistemində həyat ehtimalı olan, Yer kürəsinə bənzəyən 5 müxtəlif planetin kəşfi olub.

“Spitzer” əlavə olaraq qalaktikadan kənarda atmosferin analizini apararaq ilkə imza atmışdı. //Publika.az