01 may 2020 11:01
3109

Demet Akalın biyabır oldu - FOTO

Türkiyəli məşhur müğənni Demet Akalın sosial media hesabında ramazan ayında canlı yayımda su içənləri tənqid edərkən, izləyicisi də onu biyabır edib.

"İki sahil" xəbər verir ki, müğənni "Twitter" hesabında ramazan ayında canlı yayımda su içənləri tənqid edib. Akalının "Canlı yayım açanlar, su içməsəniz. Orucuq biz. Ramazan ayında oruc tutmasan da tutanlara hörmət et" sitatına izləyicisi "Sənin oruc tutmağına görə heç kim məsuliyyət daşımır. Su da içər, yemək də yeyər. İnsanlar aclıqdan intihar edəndə sən uşağına avtobus alan insansan. Özünü mərhəmətli göstərmə, çünki gülünc görünürsən" şərhini yazıb. İzləyicisinə ikinci dəfə cavab yazan müğənni onun sitatı düzgün anlamadığını vurğulayıb. Lakin məsələ bununla da bitməyib. Levent adlı izləyici Akalının cavabsız qalacağı ikinci şərhi yazıb. "İnsanlar karantindən çıxa bilməyəndə, evinə çörək aparmayanda, sən kababçını evinə çağırıb reklam edən insansan." 

Belə ki, Levent adlı izləyici dialoqu oxuyan insanlardan çoxsaylı dəstək mesajları alıb.