Qəhvə və çay
Bəzi qəhvə növlərinin (kopi luwak) qiyməti ağırlığından çox gümüşə bərabər gəlir. İndoneziyada qəhvə çəyirdəyini daşıyan meyvə ilə qidalanan müşk pişiyinin nəcisindən çıxan çəyirdəyin kilosu 660 dollardır. Bu çəyirdəklərin heyvanın bağırsaqlarından həzmdən keçərkən fermantasiya edildiyi və qovrulduğunda şirin bir dad əldə edildiyi bildirilir. Lakin bu qəhvəyə tələbatın artması səbəbindən müşk pişiklərini qanundan kənar yaxalayıb pis şəraitdə bəsləyənlərin meydana çıxması heyvan haqqları təşkilatlarını hərəkətə gətirib. Bəziləri isə yüksək qiymətinə baxmayaraq kopi luwak qəhvəsinin dadının o qədər də yaxşı olmadığını söyləyir. Amma bu qəhvədən daha bahalı olan başqa bir qəhvə var. Bu Tailanda məxsus Qara Fildişi Qəhvəsidir. Bu qəhvənin çəyirdəkləri fillərin nəcisindən toplanır və kilosu 1800 dollardır. Qiyməti dodaq uçuqladan daha bir içki isə Çinin cənub qərbində yerləşən Fujian bölgəsindəki Wuyi dağında yetişən az saydakı çay bitkisindən toplanan Da Hong Pao çayıdır. 350 illik bitkilərdən toplanan bu çayın 20 qramı 28 min dollara satılmışdır. Yəni kilosu 1,4 milyon dollardır. Bu isə kiloqramı 41 500 dollar olan qızılın qiymətinin 33 qatı deməkdir. Bu yaşıl çay bitkilərindən son məhsul 2005-ci ildə toplandığı üçün çay kolleksionerlərinin gözündə daha da dəyərli hala gəlib.
Vanil
Vanil tropik ərazilərdə bir orxideyanın lobyaya bənzər budaqlarının qurudulması ilə əldə edilir. 2017-ci ildə Madaqaskarda vanil plantasiyalarının küləklər ucbatından zərər görməsi nəticəsində vanilin qiyməti ikinci dəfə rekord həddə çatıb və kilosu 600 ABŞ dollarına yüksəlib. Belə ki, yay aylarında ehtiyat böhranına səbəb olmamaq üçün dondurma şirkətləri vanilli dondurma istehsalını məhdudlaşdırıb. Lakin tez-tez istifadə edilən gündəlik ərzaqlar arasında qramı gümüşdən daha bahalı olan təəccübləndirici tək məhsul vanil deyil.
Printer mürəkkəbi
Printerinizdən nə qədər istifadə etdiyinizə diqqət etməyiniz lazımdır. Çünki təchizat şirkətləri printerdən çox mürəkkəbindən pul qazanırlar. Mürəkkəb katricini dəyişdirməyin qiyməti markasına görə, 8-27 dollar arasında dəyişir. 23 dollarlıq 4 ml qara mürəkkəb katrici ilə ancaq 200 səhifə çap etmək olar.
Herpes əleyhinə kremlər
Reseptsiz alınan bəzi dərmanların da olduqca bahalı olduğunu görə bilərik. Araşdırmalar, xüsusilə krem və pomada şəklində olan dərmanların qiymətinin artdığını göstərir. Məsələn, uçuqlama olaraq bildiyimiz herpes virusuna qarşı istifadə edilən Zovirax (Aklovir 5%) adlı kremin 2 qramının Böyük Britaniyada qiyməti 6,75 dollardır. Yəni kilosu 3375 dollar deməkdir. Amma ABŞ-dakı qəribə sağlamlıq sığorta sistemi səbəbi ilə bu dərmanın bir qramının xəstəyə maliyyəti 2007-ci ildə 22 dollar olarkən, 2015-ci ildə 168 dollara qalxıb. Lakin qiymətlərin son vaxtlar düşdüyü və bir qramın 48 dollara olduğu bildirilir.
Botoks
Bu maddə xüsusilə qadınların istifadə etdiyi maddələrdən biridir. Botoks, başqa adla desək, botulinum ilk dəfə 18-ci yüzillikdə Almaniyada pis şəraitdə hazırlanan sosiskaların tərkibində aşkarlanıb və ona görə də latınca sosiska mənasına gələn botulusa uyğun adlandırılmışdır. Kosmetologiyada botoksun bir milliqramlıq miqdarı duzlu su ilə qarışdırılaraq sinir uclarına tətbiq olunuraq sinir və əzələ arasında olan əlaqəni zəiflədir. Bunun nəticəsində qırış nahiyəsindəki əzələ hərəkətində məhdudiyyət dərmanın təsiri keçənədək qalır. Həmçinin bu maddənin 2 kq-ı kütləvi şəkildə insan ölümünə səbəb olacaq gücə sahibdir. Maddənin belə güclü zəhər olması onun dəyərini birə beş artırır. Bu təhlükəli maddə hərbi təsisatlarda istehsal olunur və kilosu 100 trilyon sterlinqə satılır.
Zəhərə qarşı maddələr
İlan və ya əqrəb sancmasına qarşı istifadə edilən antidotlar (zəhərə qarşı istifadə edilən maddə) dünyanın ən bahalı mayeləri sırasında yer alır. Dünyada tək dozalı bu antidotların qiyməti 7 min 900 dollardan 39 min dollara qədərdir. Bir qədər əvvəl ilan sancmasına qarşı antidotun qiyməti 57 min dollara yüksəlmişdi. ABŞ-da ildə 8 min ilan sancması hadisəsinə rast gəlmək olar. Bu rəqəm Afrika və Cənubi Amerikada daha yüksəkdir.
Zəfəran
Zəfəran fəsiləsindən olan soğanlı bir bitkinin çiçəyindəki hissələrdən əldə eilən zəfəran dünyanın ən bahalı ədviyyatıdır. Bir kiloqram zəfəranı əldə etmək üçün 150 min çiçəyin sarı rəngli təpəciklərini əllə toplamaq lazımdır. Keyfiyyətinə bağlı olaraq zəfəranın kilosu 2 min dollar ilə 15 min dollar arasında dəyişir. Pərakəndə satışda isə bir qramın qiyməti 5-25 dollar arasındadır. Yeməklərə sarı bir rəng və xoş bir qoxu qatan zəfəranın depresiyaya yaxşı təsir etdiyi, obezit xəstəliyinə qarşı mübarizədə kömək etdiyi və göz qişasını qoruduğu bildirilir. Zəfəranın bu qədər bahalı olması bəzilərini saxta zəfəran istehsal etməyə belə təhrik edir. Çiçəklərin təpəcikləri yerinə boyanmış ipək ipliklər, iplik vəziyyətinə gətirilmiş çuğundur və fərqli çiçəklər zəfəran adı ilə satılır. Bir qədər əvvəl aparılan bir araşdırmada sınaqdan keçirilən zəfəranın yarısının saxta olduğu məlum olub.
İnsan qanı
Bədənimizdə 9-12 litr arasında qan var. Bunun 1,5-2 litrini itirmək ölümə səbəb ola bilər. Satıldığı ölkəyə görə dəyişməklə bərabər bir vahid (yarım litrə yaxın) insan qanının qiyməti 375 dollardır. Dondurulub saxlanılmış bir vahid qanın qiyməti 1000 dollardı. Qan vermək istəyən insan sayının az olması və qan nəqli edilmədən əvvəl çox sayda analiz verilməsi qiyməti artıran amillərdəndir.
Samirə Tağıyeva, “İki sahil”