01 iyun 2018 22:40
1476

Hədiyyəsi ilə hamını təəccübləndirən oğlan həbs oluna bilər

Hədiyyə bəyə 1,3 milyona başa gəlib

Çinin Çunçin şəhərinin sakini öz sevgilisinə ad günü hədiyyəsi olaraq ümumi dəyəri 334 min yuan banknotdan buket hədiyyə edib. Ad günü şənliyində iştirak edən qonaqlardan biri qeyd edib ki, banknotlardan hazırlanan buket yeddi nəbatatçı tərəfindən 10 saatdan artıq müddətdə hazırlanıb ərsəyə gətirilib.

Bundan başqa, ad günü şənliyində iştirak edən qonaqlardan  digəri bildirib ki, oğlan həqiqətən də qızı çox sevir və onun belə bir hədiyyə etməsinə ailəsinin maddi vəziyyəti imkan verir.

Sosial şəbəkə iştirakçıları belə bir hədiyyəni ən qeyri - adi hədiyyə hesab ediblər və cavan oğlana orijinal və kreativ yanaşmasına görə, təriflər yağdırıblar.

Lakin bütün bunlara baxmayaraq Çinin Milli Bankı romantik jesti qınaq obyektinə çevirib və qeyd edib ki, aşiq oğlan milli valyutanı  korladığına görə, məhkəməyə verilə bilər.

Milli Bankın nümayəndəsi belə bir hərəkətin qadağan olunduğunu bildirib. Belə ki, insanlar Milli valyutaya hörmətlə yanaşmalıdırlar.  Bir insana olan sevgini nümayiş etdirmək üçün bir çox üsullar var, heç kəs qanun - qaydanı pozmaq iqtidarında deyil.

Könül Əliyeva, “İki sahil”