SOCAR cari ildə Malayziyaya 109 milyon dollarlıq Azərbaycan xam nefti göndərib.
Bu barədə AZƏRTAC-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
“İlin əvvəlindən Ceyhan limanından Malayziyaya ümumilikdə 2 tanker ilə 2 milyon barrel civarında “Azeri Light” markalı xam neft satılıb. Satılan Azərbaycan neftinin dəyəri isə 109 milyon dollar olub”, - deyə o bildirib.
SOCAR keyfiyyət amilini, həmçinin yerli və beynəlxalq standartların tələblərini əsas tutur
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir