05 iyun 2020 17:37
2022

Oxuyun və maariflənin...

 “Pupla – Duplex” çox nadir görünən bir xəstəlikdir. Belə xəstələrin bir gözündə iki göz bəbəyi olur.

  XVII  əsrdə termometrlərə civə yox, konyak doldururdular.

  XV əsrdə açıq sinə dekolteləri dəbə düşür. Dəb həvəskarlarının müşahidələrinə görə, belə cəsarətli geyimi fransız kralı VII Karlın məşuqəsi Agnes Sorel dəbə salır. XIX əsrə qədər sinə dekolteləri aktuallığını qoruyub saxladı.Çox maraqlıdır ki, dövrün mənəvi prinsiplərinə görə, açıq sinə çılpaq ayaqlardan və yaxud açıq çiyinlərdən daha əlverişli sayılırdı.

Masqaraçı adlandırılan quş növü demək olar ki, istənilən səsi təqlid etməyi bacarır.

 Finlandiyada sürət həddini aşmış sürücüyə olunan cərimə onun illik gəlirinə əsasən təyin olunur.

 Hipertrixoz çox nadir bir xəstəlik növüdür. Hipertrixoz və yaxud qulyabanı sindromu həddindən artıq tüklənməy ilə müşayiət olunur.Qorxulu xəstəlik insanı canavara bənzətdiyi üçün bəzən bu xəstəliyə “canavar sindromu” deyirlər. Əsasən,bu xəstəlik genetikdir. 2008-ci ildə alimlərin müşahidələrinə görə, belə xəstələrin bədəninə testesterononun vurulması onlar üçün bir növ dərman ola bilər. Testeron hormonu bədəndə saç bitməsini dayandırır.

 Köpək balığı 100 litr suda bir damcı qanı hiss eləmək qabiliyyətinə malikdir.

 Kəpənəklər zəlzələ vaxtı uça bilmirlər.

İnsan nəyəsə maraqla baxanda onun göz bəbəyi 45% böyüyür.  Qədim Yunanıstanda əgər pasient əməliyyat zamanı vəfat edərdisə, əməliyyat edən həkimin əlləri kəsilirdi.

 Əqrəb heç nə yemədən iki il ac qala bilər, gənə isə 10 il ac qala bilir.

 Eyfel qülləsi 7 ildən bir yenidən rənglənir.

 General Şerman  planetin ən böyük ağacı hesab olunur. Onun eni 3 m, çəkisi 1900 ton, yaşı isə 2000 ildir.

 Çində şagirdlərin yaxşı oxuması üçün onlara dərs zamanı  sinifdə 20 dəqiqə yatmaq imkanı verilir.

 Yaşlı kenquru 9 metr hündürlüyə tullana bilir.

 Qədim Misirdə pişik öldürmək ən  ağır cinayətlərdən biri hesab olunurdu.

 Misir ehramlarının daşları arasından ülgüc belə keçmir.

 Yaponiyada küçələrin adları yoxdur.

 Şahzadə kobra adlanan ilanın zəhəri 20 insanı və ya bir fili öldürə bilər.

 Sineqo balinasının dilinin çəkisi bir filin çəkisinə bərabərdir.

 Qadınların ürəyi kişilərin ürəyindən tez döyünür.

 Balinanın ürəyi saniyədə 9 dəfə döyünür.

 Dünya üzrə ən məşhur ad Anna adıdır. Təxminən 100 milyon qadın bu adı daşıyır.

 Şərabın üzrərindəki  tarix onun doldurulma tarixini deyil,  məhsulun yığım tarixini göstərir.

 Leonardo Da Vinçi “Mono Liza” nın dodaqlarını çəkmək üçün 12 il zaman sərf edib.

 Eskimosların dilində “dünən” sözü yoxdur.

  İsveçrə dünyanın ən sekulyar ölkələrindən biri sayılır. Bu ölkədə yaşayan insanlar toy və yas mərasimlərinin sadəcə adət-ənənə ilə bağlı olduğunu düşünürlər. Burada yerləşən kilsələrə “dinsiz-imansız”  insanların yığıncağı deyirlər. Fil Zukermanın sözlərinə görə , İsveçrədə yaşayan insanların  həyat səviyyəsinin göstəriciləri yüksək olduğundan  dinə qarşı soyuq münasibət göstərirlər.

 Avropa ölkələrində 1830-cı ildə icad olunan “Qreypfrut” pəhrizi elə indi də istifadə olunan pəhriz növlərindən biridir. Yağları aktiv şəkildə əridən bu meyvəni gündə bir ədəd olmaqla gündüz saatlarında yemək daha məsləhətlidir.

Samirə Tağıyeva,

“İki sahil”