10 iyun 2020 13:43
1844

Kıvanç Tatlıtuğ "Ferrari"sinə alıcı tapa bilmir - FOTO

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ keçən ildən 1 milyon 725 min TL-yə satışa çıxardığı "Ferrari" markasının "F355 Spider F1" modelini hələ də sata bilməyib.

"İki sahil" xəbər verir ki, Kıvanç Tatlıtuğ 1998-ci il model "Ferrari"si  üçün alıcı tapa bilmədikdə, qiymət endiriminə gedərək həll yolu tapıb. Qalereyalarda gəzən və alıcısını gözləyən avtomobilin qiyməti indi 1 milyon 575 min TL-dir. 

150 min TL endirim olunan avtomobil Beşiktaşdakı bir satış salonunda alıcısını gözləyir.

Məşhur aktyorun bazar dəyəri 1 milyon 200 min TL olan nəqliyyat vasitəsini öz zövqünə görə dizayn etdiyi üçün daha yüksək qiymətə satışa çıxardığı da məlumatlar arasındadır.