Fransada qəribə olay yaşanıb.
Ətir mağazasında işləyən Frederic Desnard adlı şəxs işi darıxdırıcı olduğu üçün parfüm şirkətini məhkəməyə verib.
Məhkəmə işçinin şikayət ərizəsini müsbət qiymətləndirib və "Interparfums" şirkətinin əleyhinə qərar verib. Belə ki, şirkət işçiyə 40 min avro təzminat ödəyəcək.
Qeyd edək ki, Desnard 550 min təzminat tələb edirdi.
Milli.Az